Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 03:20
Müğənni Manaf Ağayev səhhəti ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Sonxeber.net azxəbər-ə istinadən xəbər verir ki, "Günün sədası" verilişində qonaq ola sənətçi bu məlumatların reytinq xatirinə edilən reklam olduğunu bildirib:
"Göz qabağındayam. İnsan xəstələnər də - burada ayıb bir şey yoxdur. Mən bu xəbərləri eşidəndə toyda idim. Bunu yayan sənət yoldaşlarımızdandır. Bilirik kim edir. Haqqımda yalan xəbərlər yazdırırlar. Bunun axırı yaxşı qurtarmayacaq. Kim mənə bunu arzulayırsa, inşallah özünə və yaxınlarına qismət olar. Mən başa düşürəm, ölümüm də reytinqdir".