Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna bu kəndi ələ keçirdi, faktlar var

Ukrayna bu kəndi ələ keçirdi, faktlar var

Tarix: 5 Noyabr 2021 09:18

Kiyevin silahlı təxribatları Donbasda davamlı sülhün əldə olunması imkanlarını sarsıdır.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç çıxış edib.

"Kiyevin bu taktikası nizamlanmanı dalana dirəyir. Bu, Minsk razılaşmalarının həyata keçirilməsi perspektivlərinə zərərli təsir göstərir", - Lukaşeviç söyləyib.

Lukaşeviç qeyd edib ki, Kiyevin daimi nümayəndəsinin qoşunların təmas xəttində - Staromaryevka kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin dəyişməməsi barədə bəyanatları ATƏT-in Xüsusi Monitorinqinin faktları və müşahidələri ilə təsdiqlənmir.

O söyləyib ki, Rusiya ATƏT-in Ukrayna hərbçilərinin Staromaryevkada olması ilə bağlı faktları tezliklə müəyyən edəcəyini gözləyir.


Etiketlər:  Ukrayna kəndi ələ keçirdi faktlar


RƏYLƏR