Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 09:42
Avropa pandemiyanın mərkəzinə çevrilir və bu gedişlə daha yarım milyon insan koronadan ölə bilər.
Sonxeber.net Axar.az-a xəbər verir ki, bu sözləri ÜST-ün Avropa regionu üzrə rəhbəri Hans Klüge deyib.
"Avropanın 53 ölkəsində yoluxma sürəti narahatlıq doğurur. Sadəcə bir həftə ərzində ağır xəstə sayı iki dəfədən çox artıb. Ötən il olduğu kimi, bu il də Avropa pandemiyanın mərkəzinə çevrilir. Aradakı fərq yalnız daha çox bilməyimiz və daha çoxunu edəcəyimizlə bağlıdır", - deyə Klüge bildirib.