Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağsuda zibil qutusundan tapılmış döllə bağlı dəhşətli FAKT

Ağsuda zibil qutusundan tapılmış döllə bağlı dəhşətli FAKT

Tarix: 5 Noyabr 2021 11:40

Ağsu şəhərində zibil qutusunda döl tapılması ilə bağlı yeni təfərrüat bəlli olub. 

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, 34 yaşlı qadın qəsdən dərman içərək dölü tələf edib. O bildirib ki, tələf edilən döl 3 aylıq olub. Qadın izahatında səhhəti ilə əlaqədar uşaq dünyaya gətirə bilmədiyini və ailəsinin də razılığı ilə bu yola əl atdığını bildirib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Ağsu şəhərində zibil qutusunda döl tapılması ilə bağlı məlumat vermişdik.


Etiketlər:  Ağsuda zibil qutusundan tapılmış döllə bağlı dəhşətli FAKT


RƏYLƏR