Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan üçün çəmbər daralır

Ermənistan üçün çəmbər daralır

Tarix: 5 Noyabr 2021 13:48

"Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də "COVID-19-dan sonrakı dünya" mövzusunda növbəti Qlobal Bakı Forumunda dövlət başçımız müxtəlif aspektləri əhatə edən mühüm fikirlər səsləndirdi".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Prezidentin Forumda səsləndirdiyi fikirlər qalib ölkə və etibarlı tərəfdaş kimi imicimizə daha da müsbət təsir edəcək:

"Düşünürəm bu fikirlərdən ən önəmlisi post-konflikt dönəmində Azərbaycanın mövqeyinin Ermənistana və dünyaya çatdırılması və enerji təhlükəsizliyi məsələsində Azərbaycanın yanaşmasının nədən ibarət olması ilə bağlı idi. Reallıq odur ki, bu gün yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemləri mövcuddur. Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində iştirak edən Azərbaycanın bu məsələdə mövqeyi ondan ibarətdir ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Yəni siyasət və enerji bir-birindən ayrıdır, biz enerjini siyasi alət kimi istifadə etmirik. Süni qiymət artımları, enerjidən manipulyativ istifadə halları bizdən uzaqdır. Bu məsələni dövlət başçımız daha öncə də dünyanın diqqətinə çatdırmışdı. Azərbaycan etibarlı tərəfdaşdır. Düşünürəm ki, bu fikri indiki məqamda bir daha səsləndirməyimiz bizim qalib ölkə və etibarlı tərəfdaş kimi imicimizə daha da müsbət təsir edəcək. 

Ermənistana və dünyaya verilən bir digər mesaj odur ki, təcavüzkar və işğalçı biz deyilik, biz işğalçıdan torpaq azad edən tərəfik, öz gücümüzə, resurslarımızın hesabına və tarixə, beynəlxalq hüquqa uyğun olaraq. Amma dünya, aç gözünü gör, aç qulağını eşit ki, Azərbaycan qalib tərəf olaraq Ermənistana sülh təklif etsə də Ermənistan sülhə cavab vermir. Məhz bu faktın özü bütün dünyanın gözü qarşısında Ermənistanın məntiqli və reallığa söykənən əsaslarla küncə sıxışdırılması idi ki, görün kim, kimdir. Biz hansı xislətin daşıyıcısı, necə bir siyasətin icraçısıyıq, qarşı tərəf necə. Çəmbər Ermənistan üçün lap da daralır. Bu çəmbəri daraldan isə hələ də informasiya savaşımızı sürdürən, ona böyük peşəkarlıq və ustalıqla rəhbərlik edən Ali Baş Komandan İlham Əliyevdir".

Təhməz Əsədov


Etiketlər:  Ermənistan üçün çəmbər daralır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ