Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zorlanan 11 yaşlı qızın ailəsi, nənə və babası körpənin meyitini götürmək istəmirlər

Zorlanan 11 yaşlı qızın ailəsi, nənə və babası körpənin meyitini götürmək istəmirlər

Tarix: 5 Noyabr 2021 14:18

İmişlidə zorlanan 11 yaşlı qızın Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsindən qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi körpənin vəfat etdiyi barədə məlumat vermişdik.

Sonxeber.net xəbər verir ki, 11 yaşlı qızın ailəsi, nənə və babası Oxu.az-a açıqlmasında azyaşlının körpəsinin meyitinin xəstəxanadan götürülməsi ilə bağlı heç bir müraciət etməyəcəklərini deyib.

Respublika Klinik Xəstəxanasından bildirilib ki, 11 yaşlı ananın ölən uşağının cəsədi xəstəxana tərəfindən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Əldə olunan bir digər məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri ilə birlikdə 11 yaşlı qızın qardaşı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.


Etiketlər:  Zorlanan yaşlı qızın ailəsi nənə babası körpənin meyitini götürmək istəmirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ