Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2021 21:46
Fransada 9,3 milyon insan yoxsulluq həddində yaşayır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fransa Statistika və İqtisadi tədqiqatlar Milli İnstitutunun (İNSEE) hesablamalarına görə, yoxsulluq həddinin altında yaşamaq ayda 1100 avrodan az pulla yaşamaq deməkdir.
Ötən il COVID-19 pandemiyası ilə bağlı həyata keçirilən dəstək tədbirləri sayəsində bu rəqəm stabil qalıb. İNSEE hesab edir ki, dövlət dəstəyi ölkədə yeni 400 min insanın yoxsulluq həddi altında yaşamaqdan xilas edib.
İNSEE-nin tədqiqatlar üzrə direktoru vurğulayıb ki, dövlət yardımı bir çox fransızı yoxsulluqdan xilas etsə də, onların yoxsulluğa, qeyri-müəyyənliyə və buna görə də əlavə çətinliklərə düçar olmasının qarşısını almayıb. Assosiasiyalar ərzaq yardımı üçün müraciətlərin 10 faiz artdığını qeyd ediblər.