Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düyü maskası ilə üz dərinizi cavanlaşdırın

Düyü maskası ilə üz dərinizi cavanlaşdırın

Tarix: 6 Noyabr 2021 01:02

Düyü maskası çox effektli cavanlaşdırıcı vasitə sayılır. Düyü dəri üçün olduqca xeyirlidir.

Onun tərkibində dərinin gözəlliyi üçün vacib olan bir çox maddələr var: kalsium, silisium, nişasta, vitaminlər.

Bu səbəbdən düyü maskalarının istifadəsi dərini yumşaldır, ağardır, daha dartılmış və elastik edir.

Maskanı hazırlamaq üçün 2 xörək qaşığı yumru düyü qəhvəüyüdəndə üyüdün, 1 çay  qaşığı ərik yağı, 1 çay qaşığı bal əlavə edib yaxşı qarışdırın və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və üzünüzə istənilən qidalandırıcı krem çəkin.

Bu maska nazik, quru, solğun dəri üçün uyğundur. Maskanı həftədə 3 dəfə etmək olar.

Yağlı problemli dəri üçün düyüdən bu kimi maska hazırlamaq olar: 2 xörək qaşığı üyüdülmüş yumru düyü 1 xörək qaşığı limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı bir qədər su ilə isladın və barmaqların ucları ilə üzünüzü  massaj edin (skrab kimi). Nəticədə üz dərisi yaxşı təmizlənəcək, ağaracaq, daha sağlam və təravətli görünəcək.


Etiketlər:  Düyü maskası ilə dərinizi cavanlaşdırın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ