Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 19:04
Azərbaycan Premyer Liqasında mövsümün ilk het-triki qeydə alınıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "Zirə"nin gürcüstanlı legioneri Davit Volkov "Sabah"la X turun görüşündə üç qol vurub.
O, səfərdə gerçələşdirdiyi het-triklə komandasını məğlubiyyətdən xilas edib - 3:3. Bunadək mövsümün əvvəlki 9 turunda heç bir oyunçu bir matçda üç qol vurmamışdlı.
Azərbaycan çempionatlarında sonuncu het-trik ötən mövsüm qeydə alınıb. "Qarabağ"ın futbolçusu Mahir Emreli "Qəbələ" ilə görüşdə 3 qol vurub.
O, aprelin 25-də səfərdəki 5:0 hesablı qələbədə pay sahibi olub. Premyer Liqada 195 gündən sonra het-trik qeydə alınıb.