Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyə qızlar oğlanlardan 6 il daha tez ibadətə başlayırlar?

Niyə qızlar oğlanlardan 6 il daha tez ibadətə başlayırlar?

Tarix: 6 Noyabr 2021 19:12

Bəzən belə bir sual yaranır ki, niyə qadınlar kişilərdən 6 il daha tez namaz və oruca mükəlləf olurlar? Bu qadınlara əziyyət deyilmi?

Ustad Cavadi Amuli bu suala belə cavab vermişdir: "Nəinki qadınlara zülm olunmayıbdır, əslində onlara xüsusi inayət nəsib olmuşdur. Siz elə  bir məbəd təsəvvür edin ki, ora ancaq icazə ilə daxil olmaq olar. Əgər həmin məbədə qadına 6 il kişilərdən daha tez yol verilirsə, bu, Allahın inayətindən başqa bir şey deyildir.

Müqəddəs dinimizin qadına qarşı xüsusi nəzəri vardır. Həddi-büluğa çatmaq - əslində şərafətə çatmaqdır, təklifə deyil. Hər kim həddi-büluğa çatar, əslində Allahla görüş şərəfinə nail olmuş olar.

İmam Səccad (ə) duaların birində buyurur: "Ey o Allah ki, adın şərafət mənbəyidir".

Ona görə də əgər kiməsə Allah zikri üçün icazə verilər - deməli, buna ləyaqət əldə etmişdir. Hər kim Allahı yada salar, Allah da onu yada salar.

Qadın kişidən 6 il əvvəl bu şərafətə və layaqətə çatar. Qadın gərək bu həqiqəti dərk etsin ki, din ona xüsusi inayət göstərmiş və oğlanlara demişdir ki, siz gedin hələ 6 il də oyun oynayın. Ancaq qız uşaqları Mənim hüzurumda olsunlar. Ona bənzəyir ki, bir konranfsda uşaqlara deyilər ki, siz gedin oyun oynayın, ancaq böyükləri içəri buraxarlar.

Qadının daha tez həddi-büluğa çatması - onun naqisliyi demək deyildir. Bu, ona görədir ki, qadın reyhanədir və bu gül gərək ancaq bağbanın əlində olsun. Bu gülün bağbanları isə Quran, Əhli-Beyt (ə) və Allahdır".


Etiketlər:  Niyə qızlar oğlanlardan daha ibadətə başlayırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ