Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəlbin 3 növü. Qəlbimizi pak saxlamaq üçün nə edək?

Qəlbin 3 növü. Qəlbimizi pak saxlamaq üçün nə edək?

Tarix: 6 Noyabr 2021 19:20

İnsanın həyatı ruh və qəlbindən asılıdır. O, bədəni idarə edər və bədənin bütün üzvlərini özünə təslim edər. Bütün əməllər qəlbdən qaynaqlanar. Ona görə də insanın xoşbəxt və ya bədbəxt olması qəlbindən asılıdır.

Quran ayələrində bəzən sağlam, bəzən də xəstə qəlblər kimi kəlmələrə rast gəlirik. "Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!". ("Şuəra" 89).

"Belə isə məgər onlar bu Qur'an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?". ("Muhəmməd" (s) 24).

Məsumlar (ə) qəlbi üç dəstəyə bölürlər:

1. Kafirin qəlbi. Kafirin qəlbi həqiqi yolunu azmış, ancaq dünya barəsində düşünür. Ona görə də Allahı və axirəti müşahidə edə bilmir.

2. Kamil möminin qəlbi. Bu möminin qəlbi həmişə yuxarı qalxmaqdadır, çünki iman çırağı həmişə yanır. Belə bir qəlbdə Allahdan başqası yoxdur.

3. Bəzən günah edən möminin qəlbi. Bu insanın qəlbi qaralmayıbdır, günah sayəsində üzərində qara ləkələr meydana gəlibdir. Belə bir qəlbə həm şeytan (lən) nüfuz edər, həm də mələklər. Mələklər iman pəncərəsindən daxil olarlar, şeytan isə qara ləkələrdən daxil olar və onu vəsvəsə edər.

İmam Əli (ə) oğlu İmam Həsənə (ə) belə vəsiyyət edir: "Qəlbini ədəblə aydınlat və pak et. Çünki atəşi yanan odun ilə saxlayarlar". Bu hədisdə insan qəlbi atəşə bənzədilmişdir, əgər onu boş buraxsalar, sönə bilər. Əgər odun gətirib üzərinə atsalar, yanar. İnsan qəlbinin odunu isə ədəbdir.

Əgər qəlbimizin davamlı olaraq aydın olmasını istəyiriksə, gərək onu hər an qidalandıraq. Düzgün fikirləri daxil edək və yanlış fikirləri ondan uzaqlaşdıraq. Ədəb qəlbə düzgün maarifi və pak ilahi hissləri aşılayar, qəflət, günah, şəkk və şübhə kimi amillərdən təmizləyər.

Qəlbi sağlam maarif və elmlə qidalandırar.

Qəlbimizi pak saxlamağın başqa bir yolu onu qəsavətdən qorumaqdır.

Qəlbin qəsavət bağlamasına səbəb olan amillər ilə tanış olaq:

1. Uzun arzular.

2. Allahı unutmaq.

3. Hərislik və tamah.

4. Haram tikə.

5. Qəflət.

6. Çox yemək.


Etiketlər:  Qəlbin növü Qəlbimizi saxlamaq üçün edək


RƏYLƏR