Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsana ruzi necə verilir?

İnsana ruzi necə verilir?

Tarix: 6 Noyabr 2021 20:40

Ruzi bəndələrə bərabər şəkildə verilməz. Allah insan həyatını nizama salmaq üçün onların ruzisini fərqli qərar vermişdir.

Allah bütün məxluqlarına - istər mömin olsun, istərsə də kafir, istər insan olsun, istərsə də heyvan - ruzi qərar vermişdir. Hər bir insanın ruzisi müəyyən edilmişdir. İlahi dərgahda qeyd edilmişdir. Onu heç kim azaldıb, çoxalda bilməz. Bu işi ancaq İlahi təqdir dəyişə bilər. Bunu qeyd etmək lazımdır ki, bu təqdir səy və çalışma ilə təzad təşkil etmir. Bəlkə biz insanların vəzifəsi budur ki, ruzi qazanmaq üçün çalışaq və səy göstərək. Çünki Allah əmr etmişdir ki, bəndələri qazanc əldə etmək üçün çalışsınlar.

İmam Əli (ə) buyurur: "Allah sizin ruzinizi zəmanət etmişdir və siz də çalışmaq üçün vəzifələndirilmisiniz".

Ruzi iki cür olur: qəti ruzidir ki, hər bir halda və hər bir şəraitdə insana nəsib olar. O biri ruzi isə müxtəlif amillərdən: çalışmaqdan, planlaşdırmaqdan, fikirləşməkdən asılıdır. Bu mənada ki, Allah müəyyən edir ki, bu insan fikri, səyi və iqtisadi qüdrəti ilə nə qədər qazana bilər.

Hər bir halda ruzinin verilməsində fərq olur. Əgər ruzi insanın ixtiyarında olan amillərdən asılı deyilsə, deməli təqdir edilmişdir. Heç kim onu azaldıb, çoxalda bilməz.

Ona görə də o kəsin ki, ruzisi azdır, gərək fikirləşsin və səy etsin. Əgər bir yerə çıxmasa, gərək məyus olmasın. Ona görə də Allahını tanıyan hər kəs ona təqdir edilənə razı olar. İşlərini də ona uyğun tənzim edər.

Ona görə də insan ruzisini artırmaq üçün çalışmalıdır. Bunu da bilmək lazımdır ki, hər bir səyinin ola bilsin ki, müsbət nəticəsi olmasın. Bəziləri belə düşünür ki, o kəsin ki, ruzisi çoxdur və sərvət sahibidir, yəqin ki, bu malı halal olmayan yollardan qazanmışdır. Onların nəzərinə görə, imanlı insan heç bir zaman sərvət sahibi ola bilməz. Ancaq bu nəzər düzgün deyildir, belə ki, İmamlar (ə) bizə ruzini artırmaq üçün çox sayda məsləhətlər vermişdilər.

Ruzini artırmağın yolları

İmam Əli (ə) buyurur: "Zəkat vermək ruziyə səbəb olar".

"O kəsin ki, ruzisi fərahdır, onunla şərik olun".

"Ruzini sədəqə ilə əldə edin".

"Sübhan Allah istiğfarı ruzinin artması üçün səbəb qərar vermişdir".

Bunu qeyd etmək laızmdır ki, o kəslər ki, haram mal qazanmaq istəyir, bilməlidirlər ki, haram mal ruzi sayılmır. O kəs ki, haram mal qazanır, bilməlidir ki, halal ruzini əldən vermiş və onun yerinə haram mal yemişdir.


Etiketlər:  İnsana ruzi necə verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ