Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 11:26
Türkiyəli aktrisa Merve Boluğur sahib olduğu qüsursuz bədənində estetik etdirdiyini etiraf edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa əvvəllər dodaqlarını daha dolğun göstərə bilsin deyə 3 qat dodaq boyası çəkdiyini, son zamanlar isə sadəliyin tərəfdarı olduğunu açıqlayıb:
"Yeniyetməlik dövrümdə dodaqlarımı böyütmək üçün üç qat dodaq boyası çəkirdim. Artıq bunları etmirəm. Hətta incə qaşlar dəbdə olduğuna görə qaşlarımı da alırdım. Həmin qaş modası bizi bitirdi.
Sinəmə estetik etdirdim. Kaş ki, bu olmasaydı. İndi çox lazımsız olduğunu düşünürəm. Əvvəl qısa geyimlər, şortlar geyinirdim. Bu məni xoşbəxt edirdi. Amma hazırda məşhur qara taytlarımı geyinib çıxıram.
Estetik deyiləndə ürəyim bulanır. Təbii kim edirsə, etsin, mənə adiyyatı yoxdur, amma artıq sevmirəm. Mənim üzüm budur. Önəmli olan sahib olduğunu üzə çıxartmağı bacarmaqdır. İnsanların bədənləri ilə həddən artıq oynaması məcburiyyətdən irəli gəlir.
Üst-üstə taxdığım zinət əşyalarımın da sayını azaltmışam. Səhvlərim oldu və mükəmməlliyin illüziya olduğunu dərk etdim.
Mən həyatımın qəhrəmanıyamsa, onu özümün yazmağa haqqım var. "Yaxşı evliliyim var, sevgilim var, onun da bu qədər pulu var" kimi fikirlərə sığınmağı düzgün hesab etmirəm. Səhv yerdə olmaqdansa, indiki dünyamda qalaram. Oxuduğum kitablar mənə çox kömək etdi".