Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2021 20:42
Kalsium orqanizmin normal fəaliyyəti üçün olduqca vacib mineraldır.
Kalsiumun əsas vəzifəsi sümüklərin, dişlərin möhkəmliyini və əzələlərin normal yığılmasını təmin etməkdir. Nəzərinizə çatdıraq ki, burada söhbət orqanizmdə olan istənilən əzələlərdən gedir. Bizim ürəyimiz də əzələdər. Bu səbəbdən kalsium ürəyin normal fəaliyyəti və nəticədə orqanizmin yaşaması üşün olduqca vacib olan mineraldır.
Orqanizmdə kalsiumun və həmçinin fosforun səviyyəsinə xüsusi vəzlər - paratiroid vəzlər nəzarət edir. Bu kiçik ölçüdə olan vəzlər qalxanvari vəzinin üzərində yerləşir. Onların sayı 2-dən 8 qədər ola bilər (adətən 4).
Paratiroid vəzlər xüsusi hormonlar ifraz edir ki, bu hormonlar orqanizmdə kalsiumun mənimsənilməsini və orqanizmdən xaric edilməsini təmin edir. Qanda kalsiumun səviyyəsi düşdükdə hormonların ifrazı artır və kalsiumun səviyyəsi normaya çatır, əksinə isə qanda kalsiumun səviyyəsi çox yüksək olduqda paratiroid hormonların ifrazı azalır.
Bəzən müxtəlif səbəblərə görə paratiroid vəzlərin fəaliyyəti pozulur, onlardan biri və ya bir neçəsi daha çox miqdarda hormon ifraz etməyə başlayır. Nəticədə qanda kalsiumun səviyyəsi qalxır. Bu kalsiumu əldə etmək üçün orqanizm onu sümüklərimizdən də götürür.
Beləliklə, çox paradoksal vəziyyət yaranır. Qanda kalsium çoxdur, lakin sümüklər kövrək olur, osteoporoz (sümük toxumasının azalması) inkişaf edir. İnsan sümüklərdə və oynaqlarda ağrılar hiss etməyə başlayır, sınıqların riski artır.
Hiperparatireoz zamanı əzələlərin tonusu azalır və bu da bağırsaqların fəaliyyətinə mənfi təsir edir - qəbizlik, meteorizm (köp) inkişaf edir, iştaha azalır, ürəkbulanması və qusma ola bilər. Xəstəlik inkişaf etdikcə mədə-bağırsaq sisteminin müxtəlif yerlərində eroziyalar və xoralar yarana bilər.
Xəstədə səbəbsiz yorğunluq, zəiflik, depressiya inkişaf edir, əhval-ruhiyyəsi tez-tez və səbəbsiz dəyişilir, hətta psixi pozulmalar inkişaf edə bilər.
Qanda kalsiumun səviyyəsinin artması ürək-damar sisteminə də mənfi təsir edir - ürəyir ritmi pozulur, hipertoniya, damar problemləri inkişaf edir.
Digər tərəfdən kalsiumun qanda artıq miqdarda olması böyrəklədə kalsium duzların yığılmasına və daşların əmələ gəlməsinə səbəb olur.
Hiperparatireozun səbəbləri müxtəlif ola bilər:
- paratiroid vəzlərin adenoması və şişləri (əsas səbəb)
- irsiyyət (nadir hallarda)
- kalsiumun və D vitaminin çatışmazlığı
- böyrək çatışmazlığı
Xəstəliyin diaqnostikası zamanı qanda kalsiumun səviyyəsi, paratiroid hormonların səviyyəsi, sümüklərin vəziyyəti və s. yoxlanılır.
Hiperparatireozun səbəbi paratiroid vəzlərin böyüməsi olduqda böyümüş vəzlər cərrahi üsulla xaric edilir.