Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşraq təlimi nədir və kim tərəfindən yaradılıb?

İşraq təlimi nədir və kim tərəfindən yaradılıb?

Tarix: 7 Noyabr 2021 22:40

İşraq təliminin banisi Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1155-1191) sayılır. Hətta Sührəvərdi "şeyxi-işraq" ləqəbi ilə də tanınır. O, Zəncan yaxınlığındakı Sührəvərd kəndində doğulmuş, İran və Şam (Suriya) şəhərlərində mükəmməl dini təhsil almışdır.

Təqribən 30 yaşlarında ikən Sührəvərdi Qurani-Kərimin "Allah göylərin və yerin nurudur" (Nur, 35) ayəsindən ilham alaraq "işraqilik" adlı fəlsəfi-irfani təlimi yaradır. Qərbdə bu təlimi "illuminationism" adlandırırlar. Sührəvərdi nurla zülmətin metafizikasına əsaslanan işraqiliyin izahını "Hikmət əl-işraq" (İşraq hikməti) və "Həyakil əl-nur" (Nur heykəlləri) əsərlərində vermişdir. İşraq fəlsəfəsinə görə, Allah nur kimi, bütün aləm isə onun şəfəqləri kimidir. Hər şey Allahın nurunun təcəllasıdır. Sührəvərdi xurafatçı qüvvələr tərəfindən dinsizlikdə təqsirli bilinib ölümə məhkum edilmiş və Hələb şəhərində həbsxanada dünyasını dəyişmişdir. İşraq təlimi İslam fəlsəfi fikrinə ciddi müsbət təsir göstərmişdir. Sührəvərdidən sonra yaşamış müsəlman filosoflar (o cümlədən, Molla Sədra və b.) işraq təliminə müsbət prizmadan yanaşmışlar.


Etiketlər:  İşraq təlimi nədir tərəfindən yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ