Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namik Ələskərov da Türkiyədə fərqləndi

Namik Ələskərov da Türkiyədə fərqləndi

Tarix: 7 Noyabr 2021 22:48

Azərbaycan millisinin daha bir futbolçusu Türkiyə TFF I Liqasında fərqlənib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "Bursaspor"un şərəfini qoruyan Namik Ələskərov XII turda "Kocaelispor"la görüşdə qol vurub.

Lakin bu, komandasının xal qazanmasına kömək olmayıb. Kocaelidə baş tutan qarşılaşmada start heyətində meydana çıxan və 90 dəqiqəni əvəz edilmədən keçirən Ələskərov 60-cı dəqiqədə penaltidən hesab arasındakı fərqi minimuma endirib. Ancaq bir saatdan çox azlıqda çıxış edən "Bursaspor"un bundan artığına gücü çatmayıb və komanda səfərdə minimal hesabla uduzub - 1:2. Rəqibin heyətində sabiq "Qarabağ"lı Dino Ndlovu hesabı açıb.

Bu yenilgi aktivində 14 xal olan Bursa təmsilçisinin turnir cədvəlində 11-ci pilləyə düşməsinə səbəb olub.

Qeyd edək ki, bu gün "Keçiörengücü"nün öz meydanında "Genclerbirliyi"ni 2:0 hesabı ilə məğlub etdiyi matçda digər həmyerlimiz Vüsal İsgəndərli qollardan birinə imza atıb.


Etiketlər:  Namik Ələskərov Türkiyədə fərqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ