Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2021 01:34
Türkiyəli aktrisa Pelin Karahan "Formsante" jurnalına müsahibəsi zamanı qüsursuz bədən formasının sirrini açıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa mütəmadi idmanla məşğul olduğunu deyib:
"Həftənin 5 günü idman edirəm. Kiprdə çəkilişdə olsam belə, oradakı idman salonuna gedirəm. Zala getməyə vaxt olamayanda isə ən azı səhərlər yürüyüş edirəm. Kiprdən İstanbula qayıdanda təyyarənin uçuş saatı bəlli olan kimi idman müəllimimlə əlaqə saxlayıb, məşq üçün vaxt təyin edirəm. Yayda kikboksla məşğul oldum. Arıqlamadım, formamı qoruyaraq güclü bir görüntüyə sahib oldum. İstədiyim də bu idi. İdmanı çox sevirəm. Təbii ki, bu da bir az fədakarlıq tələb edir".