Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Marvel”in ən populyar filmi məlum oldu

“Marvel”in ən populyar filmi məlum oldu

Tarix: 8 Noyabr 2021 10:10

"Rotten Tomatoes" resursu Hollivudun "Marvel" kinostudiyasının istehsalı olan filmlərin reytinqini açıqlayıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, siyahı portalın istifadəçilərinin səsverməsi nəticəsində tərtib olunub.

Reytinqdə fantastik ekran əsərləri ilə məşhur studiyanın 26 filmi yer alıb.

Bir çoxları üçün gözlənilməz olsa da, ilk yeri 96% səslə 2018-ci ildə ekranlara çıxan "Black Panther" (Qara bəbir) filmi tutub.

Həmçinin, "Avengers: Endgame" (Qısasçılar: Final - 2019) və "Iron Man" (Dəmir adam - 2008) 94% səslə ikinci pilləni bölüşüb. Üçlüyü isə onlardan bir faiz az səs toplayan "Thor: Ragnarok" ( Tor: Raqnarok - 2017) qapayıb.

Milli.Az


Etiketlər:  Marvelin ən populyar filmi məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ