Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngin yaranmasının 2 səbəbi

Xərçəngin yaranmasının 2 səbəbi

Tarix: 8 Noyabr 2021 22:00

Stress və artıq çəki xərçəngə səbəb ola bilər.

Sonxeber.net xəbər verir ki, Türkiyə mətbuatına istinadla xəbər verir ki, yağ qatı yığıldıqca bədəndə zərərli maddələr yığılır. Bu da xərçəngin yaranmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, xərçəng bədəndəki hüceyrələrin idarəsiz olaraq çoxalmasıdır. Bəd xassəli şiş qan, limfa vəziləri, əzələ, beyin və sümük kimi bir çox yerdə yarana bilir.

Məlumata görə, sağlamlıq bədən, ruh və sosial baxımdan yaxşı olmaq deməkdir. Sağlamlıq üzərində 7 faiz iqlim, 8 faiz tibbi şərait, 10 faiz sosial şərtlər, 15 faiz genetik faktorlar və 60 faiz həyat tərzinin təsirli olduğu qeyd edilir.

Mütəxəssislər qeyd edir ki, xərçəngin yaranmasında ən böyük amillərdən biri də stressdir. Gün ərazində bunu azalda bilmək üçün idman və ya başqa bir fəaliyyətlə məşğul olmaq lazımdır.

Stress xəstəliyin yaranmasında təsirlidir, çünki stress zamanı təzyiq qalxır, şəkər artır və şəxsin metabolizması pozulur. Bu vəziyyət mütəmadi olduğu zaman stress xronikiləşir, həzm sistemi pozulur və xərçəngə meyllilik yaranır. /medicina.az


Etiketlər:  Xərçəngin yaranmasının səbəbi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ