Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceff Bezos gecəyə sevgilisi ilə qatıldı - FOTOlar

Ceff Bezos gecəyə sevgilisi ilə qatıldı - FOTOlar

Tarix: 9 Noyabr 2021 05:34

Dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı Ceff Bezos sevgilisi Lauren Sançezlə 10-cu "LACMA ART" adlı qala gecəsinə qatılıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, məşhur cütlük qırmızı xalça üzərinə çıxaraq paparatsilərə əl-ələ səmimi pozlar verib.

Aktyor Leonardo Di Kaprionun sponsorluq etdiyi gecə ötən il keçirilən "Oskar" mərasimindən bu yana ən çox ulduzun qatıldığı tədbir olub.

Qalaya qatılan cütlüklər arasında Stiven Spilberq və Keyt Kapşou, Selma Hayek və Fransua-Henri Pinault, Paris Hilton və nişanlısı Karter Reum, Benedikt Kamberbatç və Sofi Hanter olub. Uollis Annenberq, Maykl Qovan, Marko Bizzarri, Alessandro Mişel, Eva Çou, Emi Şerald və Kehinde Uayli də qonaqlar arasında yer alıb.

Milli.Az


Etiketlər:  Ceff Bezos gecəyə sevgilisi ilə qatıldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ