Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə çökən binanın dağntıları altından 14 nəfər çıxarılıb - YENİLƏNİB - VİDEO - FOTO

Türkiyədə çökən binanın dağntıları altından 14 nəfər çıxarılıb - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 9 Noyabr 2021 20:12

Malatyada çökən binanın dağıntıları altından çıxarılan vətəndaşların sayı 14-ə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Malatyanın bələdiyyə başçısı Səlahəttin Gürkan bildirib.

O, xilas edilənlərin həyatlarına hər hansı təhlükənin olmadığını bildirib.

***

19:22

Türkiyənin Malatya şəhərində çökən binanın dağıntıları altından daha 2 nəfər yaralı çıxarılıb.

Dağıntılar altından çıxarılanların sayı 13-ə çatıb.

Xilasetmə əməliyyatları davam etdirilir.

***

19:06

Türkiyənin Malatya şəhərində çökən binanın altından xilas edilən vətəndaşların sayı 11-ə çatıb. Ərazidə xilasetmə əməliyyatları davam edir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil.

***

19:04

Malatyada çökən binanın dağntıları altından çıxarılan yaralıların sayı 10-a çatıb. Daha 2 nəfərin isə xilas edilməsi üçün işlər aparılır.

Malatya vadisi Aydın Baruş açıqlamasında bildirib ki, binanın dağıntıları altında 20-dək insanın qaldığı ehtimal edilir: "Hadisəni araşdırırıq. İnşallah, sağlıqlı şəkildə vətəndaşlarımızı xilas edəcəyik".

Ərazidə xilasetmə işləri davam etdirilir.

***

18:23

Türkiyənin Malatya şəhərində ikimərtəbəli bina çöküb, yaralılar var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Malatyanın İnönü küçəsində kafe və dükan yerləşən köhnə tikintidə baş verib.

Dağıntılar altından 8 nəfər yaralı çıxarılıb. Hazırda dağıntılar altında əlavə qalan olub-olmadığı araşdırılır.

Milli.Az


Etiketlər:  Türkiyədə çökən binanın dağntıları altından 14 nəfər çıxarılıb YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR