Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə niyə nüvə enerjisi olmamalıdır? - Ərdoğan

Türkiyədə niyə nüvə enerjisi olmamalıdır? - Ərdoğan

Tarix: 10 Noyabr 2021 12:34

Qara dənizdə 540 milyard kubmetr təbii qaz kəşf etdikdən sonra bəzi reaksiyaları xatırlayaq: "Kəşf etdilər, amma çıxara bilməzlər, bu kəşf iqtisadi gəlir gətirmir". Millətin xoşbəxtliyinə şərik olmaq əvəzinə susan siyasətçiləri də görmüşük.

Milli.Az axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Dünyanın 32 ölkəsində hələ də 443 atom elektrik stansiyası işlək vəziyyətdə olduğu halda, "Türkiyənin nüvə enerjisi olmamalıdır" kimi mövhumatla qarşılaşırıq. Dünyanın 60 ildən artıqdır ki, istifadə etdiyi bu imkana sahib olmağımızı istəməmələrinin səbəbini bilirik.

Son 19 ildə olduğu kimi, 2023-cü ilə qədər olan prosesdə də millətimizlə həmrəylik nümayiş etdirərək, bir çox məsələlərdə olduğu kimi, ölkəmizi enerjidə layiq olduğu yüksək liqaya çıxarmaq üçün çox çalışacağıq. Türkiyəyə güvənin!" - deyə Ərdoğan bildirib.

Milli.Az


Etiketlər:  Türkiyədə niyə nüvə enerjisi olmamalıdır Ərdoğan


RƏYLƏR