Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bircə yadından da çıxsaydıq'' - Natavandan Elnarəyə

''Bircə yadından da çıxsaydıq'' - Natavandan Elnarəyə

Tarix: 10 Noyabr 2021 20:50

Müğənni Elnarə Xəlilovanın Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə bağlı dediyi "Həyat tərzlərimiz fərqlidir. Ona görə də uzaqlaşdım" sözləri mübahisəyə səbəb olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçinin bu fikirləri sosial şəbəkədə müzakirə edilib. Bu söz-söhbətdən yorulduğunu vurğulayan Elnarə artıq adı çəkilən sənət adamları haqda ona sual ünvanlanmasına qadağa qoyub:

"Bundan sonra sizə mənə Natavan Həbibi və Röya Ayxan haqqında sual verməyi qadağan edirəm. Elnarə yaradıcılığını sevənlər, hərəniz bir mahnımın adını yazın. O qədər... Sizi sevirəm".

Elnarənin bununla bağlı səhifələrdən birində yayımlanan açıqlamasına Natavan cavabsız qalmayıb. O, "Yadından da bircə çıxsaydıq... Artıq bezdirdiniz" şərhini yazıb.

Elnarənin sosial şəbəkədəki paylaşımına isə Natavan "Budurmu? Məhəbbət payım?" qısa sözlərini qeyd edib. Elnarə isə ona "Hər zaman yadımdasınız" reaksiyasını verib.

Elnarə daha sonra açıqlamalarının belə başlıqla yayımlanmasına etiraz edib. O bildirib ki, bu cür qalmaqallara görə verilişlərə getmir.


Etiketlər:  Bircə yadından çıxsaydıq Natavandan Elnarəyə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ