Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 13:14
Bakının Yasamal rayonunda külək iki mərtəbəli evin dam örtüyünü uçurub.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, hadisə Mirzə Cabbar Məmmədzadə küçəsində baş verib.
Güclü külək nəticəsində Mirhəsən Həsənzadəyə məxsus ikimərtəbəli yaşayış evinin dam örtüyü uçub.
Uçan dam örtüyü qonşuya məxsus həyətə, digər hissəsi isə küçədə yerləşən elektrik dirəyi və naqillərə çırpılıb. Nəticədə küçədə yerləşən evlər elektrik enerjisiz qalıb.
Qeyd edək ki, ETSN-nin milli hidrimeteroligiya xidmətindən verilən məlumata görə ölkə ərazisində noyabrın 10-dan başlayan güclü külək noyabrın 12-dən davam edəcək.Noyabrın 11-dən yəni bu gündən küləyin sürəti daha da şiddətlənəcək.Havanın temperaturu isə 5-10 dərəcə aşağı enəcək.