Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2021 13:56
Rusiyanın Komi Respublikasının Peçora şəhərində bədbəxt hadisə baş verib.
Belə ki, ata azyaşlı uşağı avtomobildə yatızdırandan sonra maşını qapadaraq yaxınlıqdakı restoranların birinə yollanıb.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bir neçə dəqiqədən sonra avtomobilin salonu tüstülənməyə başlayıb.
Ətrafdakı insanlar dərhal insidentə reaksiya verərək çətinliklə də olsa balacanı avtomobildən çıxara biliblər.
Tüstü uşağın tənəffüs yollarında ciddi zərər vurub.
Reanimasiyaya yerləşdirilən azyaşlının vəziyyəti kritik olaraq qiymətləndirilir.