Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laçındakı təxribatda Qərb izi - Paşinyan qərarsız ...

Laçındakı təxribatda Qərb izi - Paşinyan qərarsız ...

Tarix: 11 Noyabr 2021 15:30

"Deyilənlərə inansaq, Arşak Karapetyanın əlaqələri Rusiya ilə çox bağlıdır, çox vaxt Rusiyanın əmrini həyata keçirir. Amma mən düşünmürəm ki, Karapetyanın Qarabağa qanunsuz səfəri müəyyən qədər Rusiya il əlaqədardır".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Ekspert bildirib ki, Paşinyana üçtərəfli bəyanatı icra etməmək üçün Qərbdən təzyiqlər artıb:

"Paşinyanın son zamanlar ordu ilə bağlı dedikləri ilə elə birbaşa Arşak Karapetyanın fəaliyyətsizliyini ifadə edirdi. Ermənistan müdafiə naziri öncə gəldi rus sülhməramlılarının müvəqqəti nəzarətində Qarabağın dağlıq ərazisinə, ardınca Qaragöl ərazisinə getdi. Onun bu addımları belə bir təsəvvür yaradır ki, mən işimi lazımı səviyyədə icra edirəm. 

Ayın 10-da Rusiyada üçtərəfli növbəti görüş olacaqdı. Bunun müəyyən mənada qarşısını almaq üçün Qərbin də "fəallığı" oldu ki, vəziyyət gərginləşsin, baş qarışsın. Ermənistanın paytaxtı İrəvanda qərbçi və radikal müxalifətçi "Milli Demokratik Qütb"-ün (MDQ) təşkilatçılığı ilə mitinq keçirilməsi, orada anti-Rusiya şüarlarının səsləndirilməsi və s. bunların hamısı fonunda Qərb, Hindistan və İran müəyyən qədər öz işlərini görürlər, istəyirlər ki, Paşinyanı Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərini korlasınlar, bəyanatın (Sərhədlərin demarkasiya, delimitasiyası və kommunikasiyaların açılması məsələsi - red) həyata keçirilməsi üçün imkan yaratmasınlar. Bunun üçün Paşinyana böyük təzyiqlər var. 

Nikol Paşinyanın elə Nazrilər Kabinetindəki iclasında son çıxışı həm Qərb mediasında, həm də Ermənistanın daxilində böyük bir narazıçılıq yaradıb. Ermənistan baş nazirinin orada qeyd etməsi ki, Qafan-Gorus avtomobil yoluna Azərbaycan nəzarət edir, bu, Ermənistan kəndlərinə heç bir təhlükə yaratmır və gec-tez də olsa bu kommunikasiylar açılmalıdır, çünki bunun başqa yolu yoxdur, - Paşinyan artıq özü də bilir ki, Qərb artıq onu başlayıb hərtərəfli sıxmağa. İstər ordu, istərsə də daxili siyasi məsələlərdə Paşinyana artıq təzyiqlər artıb.  

"Milli Demokratik Qütb"-ün (MDQ) də son zamanlar yaman aktivləşib. Özləri də açıq-aşkar deyirlər ki, "biz qərbin tapşırıqlarını yerinə yetiririk və gec-tez Paşinyanı devirməliyik, hakimiyyətə demokratik qüvvələr gəlməlidir". Buradan da açıq-aşkar görünür ki, son təxribatlarda Avropanın əli var. Qərbdən başqa həm də burada Hindistanın böyük rolu hiss olunmağa başlayıb, İran da həmişəki kimi öz daimi qara işini görür. Onlar müəyyən qədər çalışırlar ki, Azərbaycanla Rusiya sülhməramlıları arasında bir gərginlik, münaqişə yaratsınlar".  

Təhməz Əsədov


Etiketlər:  Laçındakı təxribatda Qərb Paşinyan qərarsız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ