Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2021 18:02
DÇ-2022-nin seçmə mərhələsində keçirilən İrlandiya - Portuqaliya matçından sonra maraqlı anlar yaşanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, final fitindən dərhal sonra azyaşlı qız Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonu qucaqlamaq üçün meydana girib.
Hücumçu balaca fanatı öpüb və futbolkasını ona bağışlayıb.
Qeyd edək ki, İrlandiya - Portuqaliya matçı qolsuz bərabərliklə başa çatıb.