Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eldarla Nigar 10 il sonra buna görə bir araya gəldi - VİDEO

Eldarla Nigar 10 il sonra buna görə bir araya gəldi - VİDEO

Tarix: 12 Noyabr 2021 18:40

"Eurovision 2011" qalibləri Nigar Camal və Eldar Qasımov 10 ildən sonra yeni duet təqdim ediblər.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, onlar 1990-cı və 2000-ci illərdə hit olan mahnılardan ibarət "mash up" hazırlayıblar.

Müğənnilər Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan və başqalarının vaxtilə hit olmuş mahnılarını yeni aranjımanda ifa ediblər.

Mahnı üçün kamera qarşısına keçən duet ortaqları iki gün ərzində müxtəlif obrazları canlandırıblar.

Eko Ağalarovun ekranlaşdırdığı klipin bəzi səhnələrində Nigar Merilin Monro, Eldar isə Elvis Presli obrazında olub. Ekran işində aktyor Nicat Rəhimov və şairə Zəhra Bədəlbəyli də yer alıb.


Etiketlər:  Eldarla Nigar sonra buna görə araya gəldi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ