Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yorğanının altına qədər hər şeyi müzakirə edirsiz”

“Yorğanının altına qədər hər şeyi müzakirə edirsiz”

Tarix: 12 Noyabr 2021 19:20

"Son dönəmlər yaşananlara matım quruyub. Bəzi insanlar nə yeyib, hansı havanı udur? Nədir bu təlatümlər? İntiharlar, təcavüzlər?".

Sonxeber.net olay-a istinadla yazır ki, bu sözləri müğənni Damla sosial media hesabında yazıb:

"Körpələrin, qadınların amansızca öldürülməsinin günahını kimdə axtaraq? İnsanların evinin içinə qədər girib həyatını müzakirə edəcək boş vaxtı haradan tapırsınız? Tanımadığınız, bilmədiyiniz insanların yataq otağında yorğanının altına qədər hər şeyi müzakirə edirsiniz...

Şantajlar, iyrənc söyüşlər, davalar sosial mediamızın gündəmini zəbt edir. Nədir buna marağınız? C. Məmmədquluzadənin sözü yadıma düşdü: Dirisi ilə rus, ölüsü ilə ərəbcə danışan millətim...

Nədir bu üsyanlar, nədir içinizdəki bu nifrət? Din savaşları, məntiqsiz dini yanaşmalar. "Quran"ın bir səhifəsini belə oxumayanların "Quran"dan sitat gətirməsi gülünc deyilmi? Hər paylaşılan fotonun altına "şəhidlərin qanı sizə haram olsun" şərhini yazanlar siz şəhid adını hara gəldi, necə gəldi yazıb şəhid kəlməsini niyə ucuzlaşdırırsınız? O müqəddəs şəhidlik mərtəbəsinə ucalanların adını hər səhifədə gic-gic şəkillərin altına yazmağa utanmırsız? Bəs deyilmi hamıda namus-qeyrət axtarışına çıxmağınız? Sizə nə? Sizə nə axı?

Bu dəfə klipimizdə intihar mövzusuna müraciət etmişik. Çünki son günlər intihar hadisəsi yoluxucu xəstəlik kimi yayılıb. Media isə problemlərdən çıxış yolu kimi intiharı sanki təbliğ edir. Dayanmadan səhifələr paylaşır. Bu psixoloji sarsıntı keçirənlərə, dərdlərinə çarə axtaranlara təəssüf ki, dəlinin yadına daş salmaq kimi effekt yaradır. Həyat gözəldir. Çətinlikləri, əziyyəti ilə yaşamağa dəyər. Ölüm çarə deyil. Ölüm çıxış yolu deyil. Həyatı sevin".


Etiketlər:  Yorğanının altına qədər hər şeyi müzakirə edirsiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ