Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2021 18:02
Britaniya miqrant böhranının yaşandığı Belarus - Polşa sərhədinə hərbçilərini göndərib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu krallığın Müdafiə Nazirliyi təsdiq edib.
Qurumun mətbuat xidmətinin "Twitter" səhifəsindəki paylaşımında hərbçilərdən ibarət azsaylı qrupun texniki dəstək məqsədilə göndərildiyi bildirilib.
Polşanın müdafiə naziri Mariuş Blaşakın sözlərinə görə, britaniyalı hərbçilər sərhəd maneələrinin möhkəmləndirilməsində polşalı həmkarlarına yardım edəcəklər.