Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsl molokan kələminin resepti. Həm dadlı, həm faydalı!

Əsl molokan kələminin resepti. Həm dadlı, həm faydalı!

Tarix: 13 Noyabr 2021 19:46

Duzlu kələm çox faydalı məhsul sayılır.

Duzlu kələm həzm sistemi üçün çox faydalıdır - bağırsaqları təmizləyir, bağırsaqların mikroflorasına müsbət təsir edir, disbakterozu müalicə edir.

Sizə əsl molokan kələminin reseptini təqdim edirik.

Lazım olan məhsullar:

- Kələm - 3 kq

- Kök - 3 dənə

- Duz - 2 xörək qaşığı

- Şəkər tozu - 1 xörək qaşığı

- Su - 1 l

Hazırlanması:

1. Kələmi və kökü xırda-xırda doğrayın və yaxşı qarışdırın.

2. Emallı qazana yığın.

3. 1 l suya duz və şəkər əlavə edin və qaynara düşənə kimi qızdırın.

4. Su soyuyandan sonra kələmin üzərinə tökün və 3-4 gün saxlayın. Kələmi hər gün qarışdırmaq lazımdır.

5. Kələmin üzərində qabarcıqlar əmələ gəldikdə kələm hazır sayılır.

6. Hazır kələmi şüşə bankalara yığın və sərin yerdə saxlayın.


Etiketlər:  Əsl molokan kələminin resepti Həm dadlı həm faydalı


RƏYLƏR