Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''iPhone'' işlədənlərin nəzərinə - Eynək taxacaqsınız...

''iPhone'' işlədənlərin nəzərinə - Eynək taxacaqsınız...

Tarix: 14 Noyabr 2021 01:46

"iPhone" markalı mobil telefonlarda məlumatları kənar şəxslərdən gizləyən yenilik tətbiq olunacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bununla bağlı patent üçün ABŞ Patentlər və Ticarət Markaları Ofisinə (USPTO) ərizə verilib.

Belə ki, "Privacy Eyewear" adlı yeni ixtira "iPhone" ekranındakı məlumatları yalnız sahibinin xüsusi eynək vasitəsilə oxuya bilməsini, qalanlar üçün isə bağlanmasını nəzərdə tutan funksiyadır.

Həmin eynək həm də sahibinin görmə xüsusiyyətlərinə görə tənzimlənə biləcək. Yeni funksiya söndürülərkən çətinlik yaranmasın deyə iPhone-larda sahibin üzünü tanıyan "FaceID" funksiyasının imkanları artırılır.

Yeni funksiyanın nə vaxt bazara çıxarılacağı hələlik məlum deyil.

Milli.Az


Etiketlər:  iPhone işlədənlərin nəzərinə Eynək taxacaqsınız


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ