Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həm xərçənglə mübarizədə faydalıdır, həm də insanı cavanlaşdırır

Həm xərçənglə mübarizədə faydalıdır, həm də insanı cavanlaşdırır

Tarix: 14 Noyabr 2021 14:45

Alimlərin sözlərinə görə, çuğundur şirəsini tək içmək olmaz, onun üzərinə onun 1/4 nisbətində su əlavə edilməlidir.

Çuğundur qan təzyiqini azaltmaqla yanaşı qan damarlarının divarlarını və qaraciyəri gücləndirməyə, eyni zamanda da xərçəng xəstəliyi ilə mübarizədə də faydalı vasitədir.

Sonxeber.net-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, alimlər apardıqları araşdırmanın nəticəsi olaraq bu qəanətə gəliblər ki, çuğundurun tərkibində olan betasianin piqmenti bədxassəli yenitörəmələrin inkişafını ləngidən güclü antioksidant təsirə malikdir. Onların sözlərinə görə, çuğundur həmçinin bədəndən artıq mayenin çıxarılmasına da kömək edir.

Alimlər həmçinin çuğundur şirəsinin də faydalı olduğunu bildirirlər. Onların sözlərinə görə, bu tərəvəzin şirəsi sıxıldıqdan iki saat sonra içilməlidir. Alimlərin sözlərinə görə, çuğundur şirəsinin üzərinə onun 1/4 nisbətində su əlavə edilməlidir.

İmmun sisteminin fəaliyyətini gücləndirən bu tərəvəz skleroz əleyhinə təsirə malikdir və hipertoniya zamanı ən yaxşı təbii müalicəvi vasitə sayılır.


Etiketlər:  Həm xərçənglə mübarizədə faydalıdır həm insanı cavanlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ