Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 15:40
Aktyor Oktay Kaynarca final etmədən yayımdan qaldırılan "Eşkiya dünyaya hükümdar olmaz" serialı ilə bağlı daha bir açıqlama verib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, aktyor ekran işinin davamının çəkilməyəcəyini bildirib:
"Məndən soruşmayın, həqiqətən cavab verməyə səlahiyyətim və məlumatım yoxdur. Hazırda heç bir çəkiliş getmir. Sadəcə serialın artıq çəkilməyəcəyini bilirik".
Oktay yenidən "Kurtlar Vadisi" serialındakı "Süleyman Çakır" obrazına həyat verəcəyi ilə bağlı şayiələri isə cavabsız qoyub.
Qeyd edək ki, Çakırın sözügedən ekran işində Polat Alemdarla qarşılaşmazdan əvvəlki həyatının çəkiləcəyi və Oktay da daxil olmaqla bir çox məşhur aktyorun rol alacağı deyilir.