Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ailə faciəsi: Ata öldü, 10 yaşlı qızı isə...

Azərbaycanda ailə faciəsi:  Ata öldü, 10 yaşlı qızı isə...

Tarix: 15 Noyabr 2021 11:32

Ötən gün "Kliniki Tibbi Mərkəz" publik-hüquqi şəxsin Toksikologiya şöbəsinə zəhərlənmə faktı ilə bağlı Füzuli rayonundan 2 nəfər (ata və qızı) daxil olub.

KTM-dən Sonxeber.net-a bildirilib ki, pomidor turşusundan zəhərlənən 1986-cı il təvəllüdlü Ricay Mirzəyev və 2011-ci il təvəllüdlü Aytac Mirzəyevanın vəziyyətləri Mərkəzə gətirilərkən ağır olub.

Həkimlərin səylərinə baxmayaraq, R.Mirzəyev dünyasını dəyişib. A.Mirzəyeva reanimasiyadadır, vəziyyəti kəskin ağırdır.

Qeyd edək ki, turşudan zəhərlənən ata və qızı noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Daha sonra hər iki şəxsin vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətiriliblər.


Etiketlər:  Azərbaycanda ailə faciəsi öldü yaşlı qızı isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ