Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ülviyyəylə blogerin çöpçü davası - “Cahil...”

Ülviyyəylə blogerin çöpçü davası - “Cahil...”

Tarix: 15 Noyabr 2021 15:35

Tanınmış aktrisa Ülviyyə Xəlilbəylinin oğlu Fuadla bağlı paylaşımı qalmaqala səbəb olub.

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, sənətçinin "oğlumu çöpçüyə apardım" deməsi müzakirə yaradıb.

"Üç gündür Fuadın qızdırması düşmür. İki ayrı çöpçüyə apardıq, iksi də çöp çıxardı. Amma yenə də qızdırması düşmədi. Pediatrı dedi ki, stomatit (red. - ağız iltihabı) olub", - deyə, Ülviyyə bildirib.

Onun bu paylaşımına isə Frankfruntda yaşayan azərbaycanlı bloger Rahidə Videcnik sosial media hesabında reaksiya verib:

"Yenə bol-bol mesaj almışam. Nə imiş? Daha bir məşhur çöpçüyə uşaq aparıb. Dözə bilməyib paylaşıram. Sonra pis adam oluram. Bəs, özünü reklam edir... 2 yox, 2 çöpçüyə də aparsaydı, çıxarıb verəcəkdilər. Görəsən, niyə? Kim bilir? Cahil inancları - həyatımın, günümün bir hissəsidir, "paylaşdım" deyərək əslində, 700-800 min insanın beyninə "çöpçü"nü salırsız. Yatmışları da oyadırsız. Filankəs uşağını çöpçüyə aparırsa, deməli, nəsə bilir aparır deyib nə qədər insan çöpçüyə gedir belə paylaşımlardan sonra. Nə var ki, burada, hə? Heç nə. Hələ nə qədər faciə olduğunun fərqində deyilik. Cəhalət bir millətin sonudur".


Etiketlər:  Ülviyyəylə blogerin çöpçü davası Cahil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ