Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2021 18:45
Bir müddət öncə Mərkəzi Klinik Xəstəxanadan evə buraxılan Xalq artisti Arif Babayevin səhhəti yaxşılaşır.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bunu muğam ifaçısının oğlu bildirib.
O qeyd edib ki, atasının səhhətində irəliləyişlər var: "Şükürlər olsun ki, həkimlərin yazdığı müalicələr Arif bəyə xeyir etdi. Vəziyyəti günü-gündən yaxşılaşır. Xəstəxanadan gələndən ev şəraitində müalicə olunur. Səhhətində müsbət irəliləyiş hiss edilir".
Qeyd edək ki, A.Babayev ötən il insult keçirib. O, bir müddət öncə Türkiyədə müalicə olunurdu.