Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 08:38
Kanadanın Britaniya Kolumbiyası əyalətində şiddətli leysan infrastruktura ciddi ziyan vurub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, intensiv yağıntı torpaq sürüşmələrinə səbəb olub.
Minlərlə evin elektrik təchizatı kəsilib, avtomobillər yollarda qalıb, neft kəmərlərinin fəaliyyəti dayandırılıb. Nəqliyyat nazirliyi bildirir ki, torpaq sürüşmələrinə görə yüzdən çox avtomobil yollarda qalıb. Yolda qalan 300-dək sərnişinin arasında uşaqlar üstünlük təşkil edir. Xəstəxanalara ondan çox yaralı gətirilib.