Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 09:54
ABŞ və İsrail kiber cinayətkarlıqla mübarizədə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Maliyyə departamentinin məlumatına görə, iki ölkə arasında razılıq ABŞ maliyyə nazirinin müavini Valli Adeyemo ilə İsrailin maliyyə naziri Aviqdor Liberman və İsrailin Milli Kiber Təhlükəsizlik Təşkilatının rəhbəri Yigal Unna arasında keçirilən görüşdə əldə olunub.
Qeyd olunur ki, iki ölkə arasında əməkdaşlıq kritik maliyyə infrastrukturunun və yeni texnologiyaların mühafizəsinə, eləcə də dünya dövlətləri və dünya iqtisadiyyatı üçün kiber cinayətkarlığın yaratdığı təhlükəyə qarşı mübarizəyə yönələcək.