Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir il də yayımlanacaq

Bir il də yayımlanacaq

Tarix: 16 Noyabr 2021 10:55

Türkiyənin ən çox izlənilən seriallarından biri olan "Yasak Elma"nın 6-cı sezonu çəkiləcək.

Sonxeber.net Olay-a istinadən xəbər verir ki, beş ildir davam edən serial hələ də reytinqlərdə ən üst sıralarda yer alır. Buna görə də, rəhbərlik yayımı sonlandırmaq istəmir.

Əksinə ssenari ilə ən incə detallarına qədər maraqlanılır, başqa aktyorlar da komandaya daxil edilir.

Bildirilib ki, fövqəladə bir hal olmasa, serial gələn il də davam edəcək.

Qeyd edək ki, sözügedən ekran işində Şevval Sam, Eda Ece kimi simalar rol alır.


Etiketlər:  yayımlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ