Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib (FOTO)

DSX rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib (FOTO)

Tarix: 18 Aprel 2019 10:42

Bakı. Trend:

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi ge­neral-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədin­də Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb.

DSX-dən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində “Samur” dövlət sərhədindən bu­raxılış mən­­təqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliy­yə­­tə baxış keçirilib, Azərbaycan Prezidenti İlham Əliye­vin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurla­rının sa­dələşdirilməsi barədə verdiyi tapşırıqların icra və­ziyyəti və bu istiqamətdə görülən tədbirlərin səmərəliyinin qiymət­lən­dirilməsi məq­­­­­­­­sə­­dilə dövlət sərhədin­dən keçən şəxslərlə söhbətlər edil­ib, ölkə­yə gələn və ölkə­dən gedən şəxslər və nəqliyyat vasitələri üzə­rində sər­­həd nəzarətinin effek­tivliyinin daha da artırıl­ma­sı və keçid müd­dət­­lə­rinin maksimal azal­dıl­ması məsələləri nə­zər­dən keçirilib.

Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxs­­lərinin məruzələri dinlənilib, müqabil əra­zidə baş verən texniki na­saz­lıq səbəbindən buraxılış rejimində ya­ranan sıxlıq halları ilə əlaqə­dar görülməli olan təd­birlər haqqında müvafiq göstərişlər verilib.

Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun işti­rakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı­sında abadlaşdırılma işlərinin aparılması məsələləri müzakirə olunub, Azərbay­can Res­pub­­­likasının və Rusiya Federasiyasının hökumətləri arasında im­za­lanan sa­zişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpü­nün in­şa­sı ilə əla­qədar görülən işlərə baxış keçirilib.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin əra­zisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçi­rilib, dövlət sərhədinin etibarlı mühafizəsinin tə­min edil­məsi, qanunsuz miqrasiya va qaçaqmalçılıq məq­səd­lərilə dövlət sər­hədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin güc­lən­dirilməsi üzrə tapşırıqlar verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  rəisi Rusiya ilə sərhəddə sıxlığın aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər verib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ