Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur salatın xeyiri və ziyanı

Məşhur salatın xeyiri və ziyanı

Tarix: 16 Noyabr 2021 22:06

Bu məşhur salat yeni il bayramı süfrəsinin əsas atributlardan biridir.

Həkim və diyetoloqlar arasında olivye salatına olan münasibət birmənalı deyil - bəziləri onu insan orqanizmi üçün çox ziyanlı hesab edir, digərləri isə əksinə belə hesab edir ki, klassik olivye hətta faydalıdır.
Salatın faydalı xüsusiyyətləri:
- Onun tərkibində vitaminlər, minerallar və qidalı liflərlə zəngin olan tərəvəzlər var. Bu isə, təbii ki, salatı faydalı edir.
- Salatın tərkibində olan digər çox faydalı məhsul yumurtadır.
- Klassik reseptə uyğun hazırlanan salata bişmiş ət əlavə olunur ki, bu salatı doyumlu edir.
Salatın ziyanlı tərəfləri:
- Təəssüf ki, olivye salatına çoxlu miqdarda mayonez əlavə olunur. Mayonez isə tərkibində olan bir çox kimyəvi maddələrə görə (konservantlar, dadvericilər və s.)  ziyanlı məhsul sayılır. Bu problemi həll etmək asandır. Mayonezi ev şəraitində hazırlamaq olar və ya mayonezin əvəzinə salata xama əlavə etmək olar.
- Bəzi evdar xanımlar olivye salatına bişmiş kolbasa əlavə edir. Kolbasa məmulatları insan sağlamlığı üçün ziyanlıdır. Araşdırmalar nəticəsində bu məhsulların daim qəbulu mədə-bağırsaq sistemi xərçəng xəstəliklərinin risk faktoru sayılır. Salata bişmiş mal ət və ya toyuq əti əlavə etmək olar.
- Olivye salatının tərkibində çoxlu müxtəlif inqrediyentlər var. Belə qarışıq çətinliklə həzm olunur və ağırlığa, köpə, ağrılara səbəb ola bilər. Mədə-bağırsaq sistemində pozulmaları olan insanlar bu salatdan ümumiyyətlə imtina etməlidir. Lakin hətta tam sağlam insan bu salatı çoxlu miqdarda yeməməlidir.


Etiketlər:  Məşhur salatın xeyiri ziyanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ