Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2021 23:36
Əgər bu işin əhli olan doktorlar evli cütlərin normal yoldan hamilə qalacaqlarının mümkün olmadığını deyirlərsə, o zaman əlacsız qaldığınız üçün son çarə olaraq bu dediyiniz yola baş vura bilərsiz. Belə bir yola baş vurmağınız təktərəfli olaraq deyil, hər ikinizin razılıq verməsi ilə olmalıdır. Artıq bundan sonra (olsa da olmasa da) Allahdan hər ikiniz üçün xeyirlisi nə isə, onun olmasına dua edin. Əsas olan, bizim nə istəyib-istəmədiyimiz deyil, haqqımızda nəyin xeyirli olub-olmamasıdır. Biz bunu istəməliyik.
Uca Rəbbimiz kitabında belə buyurur:
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini yaradar. O, istədiyinə qız, istədiyinə də oğlan uşağı verər. Yaxud onlara oğlan və qız uşağı olmaqla hər ikisindən verər. İstədiyini də sonsuz edər. Şübhəsiz ki, O, hər şeyi biləndir, hər şeyə qadirdir. (Şura, 49-50).