Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 12:06
ABŞ-da Vermont şəhərində yaşayan Denis Makkarti ailəsi onu itirdikdən 45 il sonra Cənubi Koreyadakı bioloji ailəsinə qovuşub.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, 47 yaşlı qadın bütün həyatı boyu onu uşaq ikən atdıqlarını düşünüb. Lakin məlum olub ki, o, bazarda insanların arasında itib, həmin vaxtdan bəri bioloji ailəsi onu tapmaq cəhdindən əl çəkməyib. Denis isə hüquq mühafizə orqanları tərəfindən tapıldıqdan sonra uşaq evinə aparılıb, oradan da ABŞ-dan olan bir ailə onu övladlığa götürüb.
2016-cı ildə Cənubi Koreyaya səfəri zamanı o, DNT testindən keçib. Bunun sayəsində bir il əvvəl bioloji ailəsi ilə əlaqə qura bilib: qadın qohumları, o cümlədən anası, əkiz bacısı və böyük qardaşı ilə videokonfrans keçirib. Bu il isə o, qohumları ilə şəxsən görüşmək üçün onların ölkəsinə gedib.
12 günlük səfərləri zamanı yenidən birləşən ailə Makkartinin vaxtilə itdiyi bazarı gəzib.
"Əkiz bacım və anamla əl-ələ tutmağımız həqiqətən simvolik idi. Çünki məhz burada biz bir-birimizi itirmişdik. Hiss etdim ki, bu (əl-ələ tutuşmağımız) anama bir qədər rahatlıq verdi", - deyə qadın hisslərini bölüşüb.