Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“O, gedəndən sonra həyatımız alt-üst oldu, çox heyf ki, atamın taleyini yaşayıram”

“O, gedəndən sonra həyatımız alt-üst oldu, çox heyf ki, atamın taleyini yaşayıram”

Tarix: 17 Noyabr 2021 12:50

"Atam dünyasını dəyişəndən sonra bizim həyatımız alt-üst oldu. Atamın dünyadan vaxtsız gedişi, qayğısız, şən günlərimizi əlimizdən aldı. Atamız bizim başımızın tacı idi"
 
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında bir müddət öncə koronavirusdan dünyasını dəyişən tanınmış müğənni Səyyad Əlizadənin oğlu Atabəy Əlizadə bildirib. O daha sonra əlavə edib.

"Atam hər zaman hamıya diqqətlə yanaşardı. İstər dostlarına, istərsə də ailəsinə qarşı. Sənətini həyatından çox sevirdi, hətta gecələr də sənəti üçün çalışırdı. Mən dəfələrlə bunun şahidi olmuşam. Onun repertuarında olan bütün mahnıları sevib dinləyirəm, amma bu mahnıların içərisində mənim və insanların ən çox sevdiyi "Bəyaz gecələr" mahnısıdır. Hər sənətçi xalq tərəfindən, həmkarları tərəfindən bu qədər çox sevilmir. Atam bu sevgini sağlığında da, dünyasını dəyişəndən sonra da qazana bilib. Mənim də səsim var, atam sağlığında qulaq asırdı, amma hər zaman deyirdi ki, yaxşı təhsil al. Yəqin ki, atamın sənətini davam etdirəcəyəm. Çox heyf ki, atamın taleyini yaşayıram. Onsuz həyat bizim üçün çox çətin olacaq bilirəm, ancaq həyat davam edir. Mən ailəmin qayğısına qalmalıyam və atamın adını daima uca tutub, ruhunu şad etməliyəm. Allah məkanını cənnət etsin, əziz atam" deyə müğənninin oğlu bildirib.
 

Milli.Az


Etiketlər:  gedəndən sonra həyatımız üst oldu çox heyf atamın taleyini yaşayıram


RƏYLƏR