Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ağcabədidə evi yanan ailənin problemi - VİDEO

Ağcabədidə evi yanan ailənin problemi - VİDEO

Tarix: 17 Noyabr 2021 14:10

Bu görüntülər Ağcabədi Rayon Taxta Körpü ərazisində gecə saatlarında çəkilib. Sözügedən görünütüləri verlişimizin qaynar xəttinə göndərən ev sahibi Rasim Qasımov və ailəsi hazırda acınacaqlı vəziyyətdədir..Biz də hadisənin tam təfərrüatını öyrənmək üçün sözügedən əraziyə yollandıq.

Bir azdan bu haqda ətraflı danışacağıq...

Laçın rayonundan məcburi köçkün olan Rasim Qasımov uzun illərdir ki, Ağcabədi rayon Taxta Körpü ərazisində yerləşən Nurəddin obasında müvəqqəti məskunlaşıb.

Çətinliklə də olsa, özünə ev-eşik quran ailə indi özü çətin duruma düşüb. Qasımovlar ailəsinin məskunlaşdığı taxta konstruksiyalı evdə noyabrın 13-ü gecə saatlarında dəhşətli yanğın hadisəsi baş verib. Birmərtəbəli evdə baş verən yanğın yaşayış yerini tamamilə külə çevirib.

Hadisə zamanı ailə üzvləri evdə olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Məlum olan odur ki, hazırda ailə acınacaqlı vəziyyətə düşüb.

İllərdir qəpik-qəpik topladığı pulla özünə birtəhər isti yuva quran Qasımovlar ailəsi bu soyuq havada qohum-qonşu evində gecələməli olub.

Çarəsiz qalan ailə verlişimizə müraciət edərək, dərdlərinə əlac tapmalarını istəyib. Qasımovlar ailəsi düşdükləri bu çətin vəziyyətdən çıxmaq üçün müvafiq qurumlardan köməklik istəyir.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, indi onların yeganə istəyi düşdükləri bu çətin vəziyyətdən çıxmaq üçün müvafiq qurumların bu məsələyə biganə qalmamalarıdır. Biz də çarəsiz qalmış ailənin dərdinə əlac tapmaq üçün Laçın Rayon İcra Hakimiyyətinə sözügedən məsələ ilə bağlı müraciət etdik.

Məsələyə Laçın rayon İcra Hakimiyəti başçısının müavini İlqar İlyasov aydınlıq gətirdi. O bildirdi ki, icra hakimiyyəti olaraq, əllərindən gələn köməkliyi əsirgəməyəcəklər.

Nə xoş bizlərə ki, bu məsələ də öz həllini tez bir zamanda tapacaq. Ümid edirik ki, işıqlandırdığımız bu problemə sözdə yox, əməldə də əncam çəkilər və Qasımovlar ailəsi yenidən öz isti yuvasına qovuşar.

Milli.Az


Etiketlər:  Ağcabədidə evi yanan ailənin problemi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ