Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 21:06
İtaliyada indiyədək təxminən 3 milyon 120 min nəfərə COVID-19 infeksiyası əleyhinə üçüncü doza peyvənd tətbiq edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə səhiyyə naziri Roberto Speranza deyib.
O bildirib ki, hazırda peyvəndin birinci dozasını qəbul edənlər ölkə əhalisinin 86,79 faizini, hər iki dozanı vurduranlar isə 84 faizini təşkil edir. COVID-19-a qarşı vaksinin tətbiqi İtaliyada bu vaxtadək təxminən 12 min ölümün qarşısını alıb.
Qeyd edək ki, İtaliyada sentyabrın 20-dən tətbiqinə başlanılan üçüncü doza peyvənd əsasən yaşı 80-dən yuxarı və xroniki xəstəlikləri olanlara vurulur. Dekabrın 1-dən etibarən isə yaşı 40-60 arasında olanlara üçüncü doza peyvəndin tətbiqinə başlanılacaq. İtaliyada vaksinasiya sertifikatını həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanun oktyabrın 15-dən qüvvəyə minib.