Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2021 21:30
Artan enerji qiymətlərinin təsiri ilə oktyabr ayında İtaliyada inflyasiya 3 faiz təşkil edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.
Bildirilir ki, bu, 2012-ci ilin sentyabrından indiyədək ən yüksək inflyasiya göstəricisidir. İnflyasiya göstəricisinin artması enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi ilə əlaqədar olub. Oktyabrda ölkədə istehlak qiymətləri indeksi isə aylıq göstəricidə 0,7 faiz artıb.