Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstriyada koronavirusa yoluxma halları pandemiya başlayandan ən yüksək həddə çatıb

Avstriyada koronavirusa yoluxma halları pandemiya başlayandan ən yüksək həddə çatıb

Tarix: 17 Noyabr 2021 22:44

Avstriyada koronavirusa yoluxmaların sayında pandemiya başlayandan bəri ən yüksək göstərici qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Böhran Mərkəzinə daxil olan məlumata əsasən, ölkə üzrə yoluxmaların sayı son 24 saatda 14416 olub. Hazırda Avstriyada koronavirusla əlaqədar 2723 pasiyent xəstəxanalarda stasionar müalicə alır, onlardan 486 nəfəri reanimasiya şöbələrinə yerləşdirilib. Səhiyyə Nazirliyinin məlumatına görə, təcili cərrahi müdaxilə tələb etməyən əməliyyatlar təxirə salınır.

Ekspertlərin rəyinə görə, hazırkı vəziyyət yoluxma tempində pik göstərici sayılmır və sərt tədbirlərə əl atılmazsa, yoluxmaların sayı yaxın həftələrdə daha da artacaq. Hazırda 100 min nəfərə düşən gündəlik yoluxma sayı 925-ə çatıb.

Qeyd edilməlidir ki, indiyədək Avstriyada 11848 nəfər koronavirusla əlaqədar həyatını itirib, aktiv xəstələrin sayı 135 min nəfərdir. Ölkə əhalisinin 65,4 faizi virusa qarşı tam peyvənd olunub.

Milli.Az


Etiketlər:  Avstriyada koronavirusa yoluxma halları pandemiya başlayandan ən yüksək həddə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ