Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diqqət! Bu xəstəlik insanların 30-40%-də var

Diqqət! Bu xəstəlik insanların 30-40%-də var

Tarix: 18 Noyabr 2021 08:18

Bu yaxınlarda Amerika və Avropada keçirdilmiş geniş əhatəli araşdırmalar nəticəsində qara ciyərin piylənməsi ilə bağlı qorxunc faktlar aşkar olunub.

"Komsomolskaya pravda"-nın məlumatına görə, Amerikada bu xəstəlik təxminən 40%, Avropada təxminən 25% insanda var. Söhbət, təbii ki, böyüklərdən gedir.
Ən təhlükəlisi isə odur ki, insanların bir çox hissəsi araşdırmaya qədər onlarda bu xəstəliyin olmasından bixəbər idilər.
Rusiya da oxşar araşdırma aparılıb. Orada bu xəstəliyin yayılma dərəcəsi təxminən 27% təşkil edir.
Bizim ölkədə belə araşdırmalar aparılmasa da, ehtimal etmək olar ki, bizdə də oxşar vəziyyətdir.
Həkimlər qara ciyəri dözümlü orqan, lal orqan adlandırırlar. Məsələ burasındadır ki, qara ciyərdə gedən pozulmaların simptomları uzun müddətdən sonra üzə çıxmağa başlayır. O vaxta qədər isə qara ciyər "susur" və heç bir simptomla xəstəliyin inkişafını göstərmir. Bu isə çox təhlükəlidir. Məhz bu səbəbdən bir çox hallarda qara ciyər xəstəlikləri yalnız gecikmiş mərhələlərdə aşkar olunur. Qara ciyərin piylənməsi də həmçinin.    
Qara ciyərin piylənməsi zamanı orqanın hüceyrələrində piy yığılmağa başlayır. Bu prosess uzun müddət, hətta illər ərzində davam edir. Qara ciyərin piylənməsi şəkərli diabet, infarkt, qara ciyər sirrozu kimi ağır pozulmaların inkişafına səbəb ola bilər. Məhz bu səbəbdən bu xəstəliyi vaxtında aşkar etmək çox vacibdir.
Lakin burada bir problem var. Dediyimiz kimi, qara ciyər lal orqandır. Pozulmanı vaxtında aşkar etmək üçün insan profilaktik müayinələrdən keçməlidir. Bu pozulma adi USM zamanı aşkar olunur.
Artıq çəkisi olan insanlar xüsusilə diqqətli olmalıdır. Qarın boşluğunda yığılan piy (abdominal piy) bu xəstəliyin riskini xeyli artırır.


Etiketlər:  Diqqət xəstəlik insanların


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ